Azərbaycan neftinin qiyməti 123 dolları keçdi
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 3,17 % artaraq 123,18 ABŞ dolları təşkil edib.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 114,24 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Banklar hələ də kredit vermir - SƏBƏB
Azərbaycanda şəkər tozunun qiyməti artdı
“Bilirəm, sizə təzyiq edirdilər ki, bizim biznesimizə dəymə” - Prezident
Ceff Bezos “Amazon”un bir milyon səhmini satıb- 3,1 milyard dollara
Azərbaycanda qızıl və gümüş bahalaşıb
190 manat üçün SMS alıb poçta adına pul gəlməyənlər nə etməlidir? - AÇIQLAMA
