02.03.2022 - 10:56
İqtisadiyyat
5 baxış
Azərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,6 ABŞ dolları, yaxud 9,38% artaraq 111,90 ABŞ dollarına çatıb.“Minval.info” xəbər verir ki, bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 109,88 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gələn il Azərbaycan 2,2 milyard manat borc qaytaracaq
21.12.2020 - 12:22
“Yelo Bank” zərərdən çıxmağın yeni yolunu - AXTARIR
25.11.2020 - 17:20
Sentyabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri
09.09.2021 - 10:30
Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu işə başlayır
13.12.2021 - 01:59
Azərbaycanda “Aİ-95” markalı benzin nə vaxt istehsal ediləcək?
14.07.2022 - 13:15
Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb
07.01.2021 - 12:48
“Rusiya Azərbaycana 4 milyard dollardan artıq investisiya qoyub”
27.09.2018 - 10:53
Azərbaycanda 200 manatlıq əskinas buraxılacaq - Foto
23.05.2018 - 17:33