Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb
Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib.
“Report”un məlumatına görə, rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb.
Baş məşqçi Nikola Yurçeviç start heyətdə aşağıdakı “11-liy”i meydana buraxıb..
1. Səlahət Ağayev. 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 3. Şəhriyar Rəhimov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 10. Mahir Emreli, 17. Aleksey İsayev, 13. Dmitri Nazarov, 11. Renat Dadaşov
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş “Bakcell Arena”da keçiriləcək. U-21 isə Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi