Azərbaycan – Kosovo oyununun hakimləri məlum oldu
UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan – Kosovo matçına təyinatlar açıqlanıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə olunub.
Referi Ola Hobber Nilsenə Harald Qronevik və Oskar İsaksen yan xətt hakimləri, Simon Ytterland isə dördüncü hakim qismində yardımçı olacaq. Espen Andreas Eskas və Tom Harald Hagen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista hakim-inspektor, hollandiyalı Martin Sturkenboom UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, senytabrın 7-də keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da başlayacaq. Hobber Nilsen son olaraq “Qarabağ”ın Çempionlar Liqası II təsnifat mərhələsində səfərdə “Kukesi” ilə oyununu idarə edib. Sözügedən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək