Azərbaycan “İKT üzrə Nazirlər Toplantısı 2021”də təmsil olunub
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Cənubi Koreya hökumətinin onlayn formatda təşkil etdiyi “İKT üzrə Nazirlər Toplantısı 2021”də iştirak edib.
Minval.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, nazir müavini tədbir çərçivəsində keçirilən “Broadband connectivity” (Genişzolaqlı bağlantı) sessiyasında əsas spiker qismində çıxış edib. O, öz çıxışında dünyada və ölkəmizdə bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkəmizdə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib.
R.Rüstəmov statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin, demək olar ki, 85 faizi internetdən istifadə edir.
“Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 mb/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”, – deyə nazir müavini vurğulayıb.
O, əlavə edib ki, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığıdır və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk.
Nazir müavini çıxışının sonunda rəqəmsal transformasiyanın ölkədə prioritet olduğunu qeyd edib, bu prosesin həyata keçirilməsində müasir İKT infrastrukturunun mövcudluğunun əhəmiyyəti barədə danışıb.
Tədbir çərçivəsində “Asiyanın inklüziv əlaqəliliyi və ortaq rifahı üçün Seul Bəyannaməsi” qəbul edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq