Azərbaycan Güləş Federasiyasında yeni təyinat
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat gerçəkləşib.
Bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, federasiyanın yeni baş katibi Pərvin Piriyev olacaq.
Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub.
2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində “Sabah” futbol klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək