Azərbaycan Ermənistanın əcnəbi terrorçulardan istifadəsi ilə bağlı BMT baş katibinə müraciət edib
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Qarabağda Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabatı BMT-nin baş katibi Antonio Quterreşə təqdim edib.
“Report” xəbər verir ki, baş katibə ünvanlanan məktubda Yaxın Şərq ölkələri – İraq, Livan və Suriyadan olan terrorçuların Azərbaycanın işğal altında olmuş ərazilərinə yerləşdirilməsi ilə bağlı məlumat verilib.
Bildirilib ki, Ermənistan PKK və ASALA terror təşkilatlarının təlimatı altında onlar üçün təlim düşərgələri qurub.
Kəşfiyyat məlumatlarına əsaslanan məktubda Ermənistan tərəfindən Qarabağa yerləşdirilən köçkün və terrorçuların sayı, həmçinin muzdlu döyüşlərə verilən məvacib, onların adları və s. məlumatlar qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı