Azərbaycan erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib.
Minval.info xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
“Ötən ilin iyununda Fuad Musayev adlı şəxsin adından insanlara məktublar daxil olub. Bu sahədə müəyyən bilgisi olanlar göndərilən elektron poçt adresinə baxmaqla bunun şübhəli olduğunu anlaya bilər”, – T.Məmmədov deyib.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Onun sözlərinə görə, təmsil etdiyi qurum bu “e-mail”ı kiber hücum olduğunu müəyyənləşdirib:
“Bizim araşdırmamız nəticəsində məlum oldu ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsi ilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçirdiyini müəyyən etdik və cinayətə beynəlxalq səviyyədə qiymət verilməsi üçün müvafiq qurumları məlumatlandırmışıq”.

ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş