Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçılar açıqlandı
Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qolkiper 282 matça çıxıb. İkinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır.
Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qapıçının rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.
Ən çox oyun keçirən 20 qapıçı:
1. Fərhad Vəliyev – 282
2. Rauf Mehdiyev – 271
3. Cahangir Həsənzadə – 268
4. Anar Nəzirov – 250
5. Nizami Sadıqov – 247
6. Kamran Ağayev – 229
7. Hüseyn Məhəmmədov – 227
8. Nadir Şükürov – 219
9. Elxan Həsənov – 203
10. Elşən Poladov – 200
11. Faiq Əzizov – 196
12. Səlahət Ağayev – 192
13. Camaləddin Əliyev – 173
14. Vitali Kovalyov – 173
15. Davud Kərimi – 162
16. Rauf Salamov – 156
17. Saşa Stamenkoviç – 150
18. Vladimir Kopeykin – 149
19. Kamal Bayramov – 146
20. Rövşən Əliyev – 138
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - Rəqib danışdı
İqor Ponomaryov: "Problem məşqçidə deyil, bütün Azərbaycan futbolundadır"
Mesut karyerasının bitirdi: "Qələbə qazananda alman, uduzanda köçkün oluram"
Qurban Qurbanov futbolçusunu cəzalandırdı - Rəsmi
FIFA yan xətt hakimlərini robotlarla əvəzləmək istəyir
Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb - VİDEO
Kərim Benzema Çempionlar Liqasında ən çox qol vuran 4-cü futbolçu olub