Aysel Əlizadə Xoşqədəmi məhkəməyə verir: "Üzr istəsin!" - FOTO/VİDEO
Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.
“Minval.İnfo” xəbər verir ki, müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:
“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.
“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.
Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək

