Aysel də “Aldanmış hisslər”dən getdi: “Qonorarımız verilmədi, biabırçı şayiələr yayıldı”
Aktrisa Aysel Nazim ATV-də yayımlanan “Aldanmış hisslər” serialından gedib.
Musavat.com-a açıqlama verən aktrisa bildirib ki, ekran işinin rejissoru Faiq Nağıyev qonorarını ödəməyib:“Mən seriala 3-cü bölümdən daxil oldum. Xalq artisti Rasim Balayev, Füzuli Hüseynov, Rəşad Kəsəmənli və mən qonorarımız ödənilmədiyi üçün serialdan getdik. Bizə verilən söz tutulmadı. Artıq 10-cu seriya efirə gedir, amma biz yoxuq. Adımız isə aktyorlar siyahısından çıxarılmayıb, efirə verilir. Hazırda serialda rol alan aktyorlar pulsuz çəkilir. Biz əməyimizin qarşılığı verilmədən niyə əziyyət çəkək?”
Aktrisa həmkarı Famiz Hüseynovun rejissor haqqında səsləndirdiyi ittihamlara da münasibət bildirib: “Serial barədə biabırçı şayiələr yayılıb, bu da məni narahat edir. Ekran işindən uzaqlaşmağıma bir səbəb də budur. Serialda rol alan aktyor iddia etdi ki, rejissor aktrisalara əxlaqsız təklif edir. Mən bildirmək istəyirəm ki, mənimlə Faiq arasında belə söhbət olmayıb. Kimsənin həddi çatıb mənə elə təklif edə bilməz. Amma bu iddialar, ittihamlar məni narahat edir. Adımın belə bir ekran işi ilə çəkilməsini istəmirəm”.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Könül,
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"