"Aylarla uşağına, ərinə yemək bişirməyən qadınlar var" - Rövşanə Ağasəfqızı
“Bəzən düşünürük ki, bu günün tamaşaçısını aldatmaq olmaz. Amma gəlib kameranın qarşısında dayananda elə bir şey təqdim edirsən ki, tamaşaçı da ona çox gözəl inanır”
Minval.info xəbər verir ki, bunu AZXEBER.COM-a açıqlmasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib.
Teleaparıcı gənc nəslin sosial mediaya olan hədsiz marağından danışıb:
“Adicə götürək elə “İnstagram”ı. Orada təqdim olunan bahalı, parlaq həyat, yalançı ailə forması, yalançı ərlərin təqdimatı, həkim reklamları – hamısı elə izləyicini aldatmaqdır. Siz elə bilirsiniz ki, o bahalı həyatları göstərənlərin hamısı kraliça həyatı yaşayır? Aylarla öz evində uşağına, ərinə yemək bişirmir, amma 30 saniyəlik bir video çəkib qoyacaq deyə elə göstərir ki, guya bütün günü mətbəxdə qazan-qazan yemək bişirib. Adam ərinin üzünü aylarla görmür, kənarda qıraq-bucaqda özünə həyat axtarır. Ərini də cəmiyyətə elə tədim edir ki, adam şoka düşür.
Oxumadan, təhsil almadan, kitab üzü açmadan əlində telefonla bir video çəkirsən və görürsən ki ordan pul gəlir. Fikirləşir ki, oxuyum, işləyim, nə maaş alacam? Elə ondansa əlimdə telefon, özümü göstərəcəm, pul qazanacam. Mən onları da qınamıram. Harada pul var, qazanc var insanlar ora da qaçacaq. Həyat bu gün çox bahalıdır. Təhsil pul istəyir, səhiyyə pul istəyir…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var