Aygün Kazımova yenə birinci oldu
Ölkənin əsas ulduzu Aygün Kazımovanın “Parol” mahnısı dijital platformalarda dinlənmə rekordu qırıb.
Minval.info xəbər verir ki, Xalq artistinin ifası “Apple music”də Azərbaycan üzrə ən çox yüklənənlər sırasında birinci olub.
Eyni zamanda Pop divanın bu il hit olan “Vəfasızlar” və “Qorxuram” mahnıları “Top 100”lükdə ilk on sırada qərarlaşıb.
Eyni zamanda “Parol” TikTok-da (hazırda ölkədə fəaliyyəti müvəqqəti dayandırılıb) son günlər ən çox video çəkilən mahnılardan olub. Belə ki, 1 həftə içində bəstəyə 26 mindən çox video çəkilib.
Qeyd edək ki, “Parol”un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir. “Parol” yutubda 1 milyondan çox, “Vəfasızlar” 3, “Qorxuram” isə 8,5 milyondan çox izlənilib.
Kazımovanın mahnıları bundan əvvəl də “Apple music”də tək Azərbaycan yox, dünyanın bir çox ölkələri üzrə ən çox yüklənənlər arasında birinci sırada olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!