22.06.2019 - 19:34
Texno 14 baxış

Ayfonun bu modellərini işlədənlərə pis xəbər

Apple şirkətinin köhnəlmiş smartfonlarının istifadəçiləri payızda çıxacaq iOS 13 yeniləməsindən istifadə edə bilməyəcəklər.

Bu barədə şirkətin rəsmi saytında məlumat dərc edilib.

Yeniləmə imkanı “SE” və “6S”, o cümlədən “iPad” (“Air2” və “Mini 4″dən) modellərindən başlayacaq.

Beləliklə “5S” və daha köhnə modellər yeniləmələri əldə edə bilməyəcəklər. “Ayfon 6” modelinin bu siyahıya düşüb-düşmədiyi hələlik açıqlanmayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: