"Ayaks" klub tarixinin ən bahalı transferi ilə bağlı səhvə yol verdi
Niderlandın “Ayaks” klubu yeni transferi Sebastyan Alleni səhvən Avropa Liqasının matçları üçün iştirak ərizəsinə daxil etməyib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, klub UEFA-ya 25 futbolçudan ibarət siyahı göndərib.
İştirak ərizəsinə Kot d İvuardan olan 27 yaşlı forvardın adı daxil edilməyib. “Ayaks” hazırda bu səhvi aradan qaldırmağa çalışır.
Qeyd edək ki, Sebastyan Alle bu ilin yanvarında 22,5 milyon avro qarşılığında İngiltərənin “Vest Hem” klubundan “Ayaks”a keçib.
O, Amsterdam təmsilçisinin tarixində ən bahalı transferdir. Komanda Avropa Liqasının 1/16 finalında Fransanın “Lill” klubu ilə üz-üzə gələcək. İlk oyun fevralın 18-də, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək