Avtomobil bazarında qiymət artımı: 3-5 faiz yüksələcək
Azərbaycanda avtomobil bazarında qiymətlərin artması gözlənilir. Xüsusilə yeni avtomobillərin qiymətlərində 3-5 faiz artım proqnozlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
Minval.info xəbər verir ki, Vüqar Orucun sözlərinə görə, qiymət artımının əsas səbəbləri arasında 2026-cı ildən etibarən bəzi güzəştlərin tətbiqinin dayandırılması və logistika xərclərinin artması yer alır. İkinci əl avtomobillərin xaricdən gətirilməsində logistika müddətinin və xərclərinin artması da qiymətlərin yüksəlməsinə təsir edir. Əvvəllər ABŞ və Cənubi Koreya kimi ölkələrdən avtomobil gətirilməsi iki ay çəkirdisə, indi bu müddət üç-dörd, hətta beş aya qədər uzana bilər.
Vüqar Oruc əlavə edib ki, köhnəlmiş ikinci əl avtomobillərin qiymətində müəyyən ucuzlaşma müşahidə olunsa da, bu, bazarın ümumi qiymət enməsi kimi qiymətləndirilməməlidir. Hazırkı vəziyyətdə qiymət artımı tendensiyası üstünlük təşkil edir. Manatın alıcılıq qabiliyyəti, ümumi iqtisadi vəziyyət və idxal xərcləri kimi amillər də qiymətlərin artmasına təsir göstərir. İlin sonuna qədər bazara yeni avtomobillərin daxil olması ilə müəyyən modellərin qiymətlərində dəyişikliklər baş verə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Turizm şirkətindən 1200 manatlıq qalmaqal!
Yuxulu sürücü "Prius"u parkda saxladı!
Məcburi evlilikdən qaçan qız sığınacağa sığındı
Universitetlərdə bloger trendi: Alimlər kənarda qalır
Nebahat Çehre: "Boşanarkən maşınla vuruldum
Bakıda küçə ticarəti: Problemlər və həll yolları
Süni intellekt iş dünyasında inqilab yaradır!