Avtobuslar üçün məsafə əsaslı ödəniş modeli
Azərbaycanda avtobuslar qət etdiyi yola görə ödəniş alacaq. Bu yenilik Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi ilə həyata keçirilir.
Minval.info xəbər verir ki, ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Bu sistemə uyğun olaraq, digər marşrutlar da yaxın zamanda qoşulacaq. Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və qət ediləcək məsafə əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır.
Bu model sərnişinlər üçün daha müntəzəm və etibarlı ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq. Dünyanın bir çox ölkəsində tətbiq olunan “brutto müqavilə” modeli artıq ölkəmizdə də uğurla tətbiq olunmağa başlanır.
Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Xüsusi proqram təminatı vasitəsilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və nəzarət təmin ediləcək. Bu model, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq, avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda nəhəng ağac maşının üzərinə düşdü
Xalq artisti nəvəsi ilə Gədəbəydə istirahətdə
Meta-nın yeni süni intellekti: Muse Spark 1.3
Müğənni Güllünün ölümü: Qızı həbs olundu
İbrahim Tatlısesin son görüntüləri narahatlıq yaratdı
Aygün Kazımovanın konsertində kişi izdihamı!
50 yaşdan sonra sağlam qidalanmanın sirrləri