Avtobusda "konsert" verdi: “23 il vuruşmadım ki, İran sənin, Azərbaycan mənim olsun” - VİDEO
Az neft dairəsindən beş nömrəli avtobusa daxil olanda eşitdiyim səs qarşısında çaşdım, sonra bunu yorğun keçən iş gününə yozub başıma hava gəlmədiyi ilə təskinlik tapdım. Ayaqlarımı irəli atdım, baxdım belə olmayacaq, yaxamı kənara çəkib yerimi bərkitdim.
Bir az geciksəm, oturacaqları əvvəlcədən bron etmiş xalalar, yəqin məni də özləri ilə çəkib aparacaqdılar. Çox şükür əlimi, daha doğrusu ayaqlarımı cəld tutdum. Amma birinci eşitdiyim səs yenə qulağımda vızıldamağa başladı.
Əyilib irəli baxanda orta yaşlarda iki kişi diqqətimi çəkdi. Onlardan biri oxumaqla, digəri isə dediklərini şərh etməklə məşğul idi. Bu mənzərənin fonunda xısın-xısın gülən sərnişinləri görüb, düzü, bir az kövrəldim. Xüsusilə qarşıda əyləşən qadının sifarişi dəqiq idi – “Mahnını dəyiş”.
Axı gülməli nə var? Məncə gülmək yox, dayanıb bir dəqiqə düşünmək lazımdır. Qəhrəmanımızın xüsusi intonasiya ilə dediyi bu cümləni isə nəinki bir dəqiqə, hətta bir ömür də düşünsən bəs etmir:
“Azadlıq verilmir, azadlıq alınır. Mən 23 il vuruşmadım ki, İran sənin, Azərbaycan mənim olsun, mən bütöv Azərbaycan üçün vuruşdum”.
Daha ətraflı aşağıdakı videoda.
Fərid Özay
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya Çempionatının finalında soyunan qadınlar kimdir? - VİDEO
17 yaşında zorla qaçırılan qadın nələr danışdı? - VİDEO
Azərbaycanda tərsinə işləyən saat ixtira olundu – FOTO-VİDEO
15 yaşlı oğlanın paraşütü açılmadı, yerə çırpıldı - Dəhşətli görüntü (Video)
Bakı bazarlarında təhlükəli yağlar satışdadır - Şok araşdırma
Bakı Tikiş Evinin qarşısında izdiham - VİDEO
Siyavuş Novruzov bu çıxışı ilə gündəmə gəldi - VİDEO