Avropadan daha 12 azərbaycanlı deportasiya olunub
Almaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.
“Report”un Avropa bürosunun məlumatına görə, onlardan 3-ü Almaniyadan, 6-sı Avstriyadan, 3-ü isə Niderlanddan deport olunub. Avropa ölkələrindən çıxarılanlardan 1-i Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.
Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib