Avropa Super Liqasının fəaliyyəti rəsmən dayandırıldı
Avropa Super Liqasının layihəsi İngiltərənin 6 futbol komandasının yarışdan çıxmasından sonra təkrar nəzərdən keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə təşkilata istinadən “Associated Press” agentliyi bildirib.
“Mövcud şərtləri nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları yenidən nəzərdən keçirməliyik”, – deyə təşkilatın məlumatında bildirilib: “İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.
Qeyd edək ki, daha əvvəl İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” komandaları Super Liqadan çıxdıqlarını elan ediblər. “Sky Sport” idman telekanalının məlumatına görə, tezliklə İtaliyanın “Milan” və “İnter” komandaları da Super Liqanı tərk edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək