Avropa səfərləri kabusa çevrilir: Hava limanlarında növbələr uzanır
Avropanın hava limanlarında sərnişinlər uzun növbələrdə gözləmək məcburiyyətində qalırlar. Bu vəziyyət, Avropa İttifaqının yeni rəqəmsal sərhəd nəzarəti sisteminin tətbiqi ilə əlaqədardır.
Minval.info xəbər verir ki, “Financial Times”ın məlumatına görə, iyul ayında Frankfurt hava limanında gözləmə müddəti 120 dəqiqəyə çatıb. Münhendə bu rəqəm 60 dəqiqəyə, Amsterdamda isə 120 dəqiqəyə yüksəlib.
Gecikmələrin əsas səbəbi, aprel ayında tətbiq edilən Giriş-Çıxış Sistemi (EES) ilə bağlıdır. Bu sistem, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşlarının ilk giriş zamanı barmaq izləri, fotoşəkillər və şəxsi məlumatlarını təqdim etmələrini tələb edir.
Aviasiya sənayesinin nümayəndələri və aidiyyəti ölkələr, yeni prosedurların problemlərə səbəb olacağını dəfələrlə vurğulayıblar. Hava limanlarının böyük sərnişin axını şəraitində bu məlumatları eyni vaxtda emal etmək üçün kifayət qədər fiziki imkanlarının olmadığı bildirilir. Buna baxmayaraq, sistemin tətbiqi təxirə salınmayıb və nəticədə terminalların qarşısında uzun növbələr yaranıb.
“Ryanair” aviaşirkətinin rəhbəri Maykl O’Liri, bu yeniliyi sərt tənqid edərək, onu “düşünülməmiş addım” adlandırıb. O, artıq 15 hava limanında ciddi sərnişin sıxlığının müşahidə edildiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı