Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib

UEFA Avropa Liqasının kuboku Avropanın bir sıra şəhərlərində sərgilənəcək.
“Report” UEFA-nın saytına istinadən xəbər verir ki, sərgi xeyriyyə məqsədi daşıyacaq. Kuboku izləməyə gələn azarkeşlər və futbolçular istifadə olunmuş və geyinmək istəmədikləri ayaqqabılarını İordaniyadakı suriyalı qaçqınlar üçün bağışlaya biləcəklər.
Turnirin kuboku ilk olaraq martın 5 – 9-da İsveçrənin Cenevrə, martın 22-23-də İspaniyanın Sevilya şəhərində, martın 29-30-da isə Almaniyanın paytaxtı Berlində nümayiş olunacaq.
Kubok 5-6 apreldə İngiltərənin paytaxtı Londonda, 12 apreldə İtaliyanın Milan şəhərində, 20 apreldə Rusiyanın paytaxtı Moskvada, 10 mayda Fransanın paytaxtı Parisdə sərgiləndikdən sonra 16 mayda Bakıda olacaq.
Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen kimi ulduz futbolçular iştiraklarını təsdiqləyiblər.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək