UEFA Avropa Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Sumqayıt”, “Keşlə” mübarizəyə avqustun 27-də I təsnifat mərhələsindən başlayacaq.

Bunadək 20 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 17 sentyabrda, III təsnifat mərhələsi 24 sentyabrda gerçəkləşəcək. Oktyabrın 1-də pley-off mərhələsinin görüşləri təşkil olunacaq. Bu qarşılaşmalar bir oyunluq sistemlə təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr və 10 dekabrda nəzərdə tutulub.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/16 final

İlk oyunlar – 18 fevral, cavab görüşləri – 25 fevral

1/8 final

İlk oyunlar – 11 mart, cavab görüşləri – 18 mart

1/4 final

İlk oyunlar – 8 aprel, cavab görüşləri – 15 aprel

Yarımfinal

İlk oyunlar – 29 aprel, cavab görüşləri – 6 may

Final 

26 may

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq.