"Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var" - Qurban Qurbanov
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlama verib.
Mütəxəssis Millətlər Liqasında yığmamızın şanslarından danışıb və AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olduğunu bildirib:
“Millətlər Liqası bizim üçün yeni bir yarış olacaq. Komandamızdan nəticə gözləyirlər. Ona görə də üzərimizdə hər zaman təzyiq var. Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belə olan halda isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını bilirəm. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır”.
Qeyd edək ki, yığmamız Millətlər Liqasına Kosovo, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparacaq. Yığmamız ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovoya qarşı keçirəcək. Millimiz bundan 3 gün sonra Maltanın qonağı olacaq.
///sportal.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək