AVRO-2020: UEFA-nın Kopenhagendə bron etdiyi otel boşaldıldı
UEFA AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Danimarkanın paytaxtı Kopenhagendəki bütün otel rezervasiyalarını ləğv etdirib.
“Report”un məlumatına görə, bu barədə Danimarka paytaxtında fəaliyyət göstərən CPH otellər şəbəkəsinin rəsmisi Kevin Helsinqhof yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, qitə futbol qurumu tərəfindən Avropa çempionatı üçün bron edilmiş otaqlar ötən həftə boşaldılıb: “Onlar otelin 80 faizini bron etmişdilər. Otaqlar əvvəlcədən təyin olunmuş müddətin sonuncu günü boşaldıldığından, qurum bizə heç bir təzminat ödəməyəcək”.
UEFA-nın addımı bu yay Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan Avropa çempionatının təxirə salınacağı kimi dəyərləndirilir.
Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək