AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlanıb
AVRO-2020-nin final mərhələsində qrup oyunlarından ikisini Bakıda keçirəcək İsveçrə millisinin yarışa hazırlıq proqramı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Vladimir Petkoviçin baş məşqçi olduğu yığma turnirə hazırlığa Bad-Raqats şəhərindəki toplanışla start verəcək.
Mayın 25-dən iyunun 4-dək burada məşq edəcək yığma iki yoxlama matçına çıxacaq. İsveçrəlilər mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də Sankt-Qallendə Lixtenşteynlə görüşəcək.
İyunun 8-də Sürixdən Bakıya uçacaq milli ayın 13-də AVRO-2020-dəki ilk görüşündə Uelsə qarşılaşacaq. Oyunun ertəsi gün İtaliya paytaxtı Romaya yollanacaq İsveçrə iyunun 17-də bu ölkənin yığması ilə qarşılaşacaq. Həmin matçdan bir gün sonra Bakıya qayıdacaq V.Petkoviçin komandası ayın 21-də Türkiyə ilə üz-üzə gələcək. İsveçrənin Bakıda hansı oteldə qalacağı və hansı arenada məşq edəcəyi hələ dəqiqləşməyib. Həmçinin komandanın martda keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər də bəlli deyil.
Baş məşqçi hazırlıq planı barədə fikirlərini də açıqlayıb: “Çempionat vaxtı məskunlaşmaq üçün Romadakı baza daha yaxşıdır. UEFA ilə müzakirələrdən sonra ilk oyundan 5 gün əvvəl Bakıya getməyə qərar verdik. Bu, bizə uyğunlaşmaq üçün kifayət edəcək. İqlim baxımından bu iki şəhər bənzərdir. Qarşılaşmaların ertəsi gün bir şəhərdən digərinə yollanacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Levandovskidən Messiyə - “Boş sözlər lazım deyil”
Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"
Maradona Bakıya gələ bilər
Ronaldo Ronaldonu əsəbiləşdirib
"Real" ulduzunu "Mançester Siti"yə satdı - 85 milyona
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
Ronaldo yenə kapitan sarğısını yerə atıb