26.01.2019 - 21:07
Region 1 baxış

Avaqyanın abidəsi niyə 20 yanvarda açıldı?

Image result for Tahir Mirkişili

Terrorçu Avaqyana Axalkali bələdiyyəsi tərəfindən abidə qoyulması və bu mərasimin 20 yanvar tarixində keçirilməsi ermənilərin növbəti məkrli planıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, məqsəd Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmaqdır:

“Bununla bağlı Azərbaycan XİN müvafiq tədbirlər görür. Düşünürəm ki, Gürcüstan dövlət orqanları belə məsələlərdə diqqətli və qətiyyətli olmalı, terrorçulara, separatçılara dəstək verənlərlə daha ciddi mübarizə aparmalıdır. Ümidvarıq ki, bu abidə götürüləcək və Azərbaycan-Gürcüstan dostluğu erməni düşmənçiliyinə qalib gələcək”.

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsi tərəfindən Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş “Kobra” ləqəbli terroçu Mixail Avaqyana abidə qoyulub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: