"Atletiko" və PSJ 1/4 finalda - VİDEO - FOTO
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
Daha iki matç keçirilib. Turnirin son qalibi “Liverpul” doğma meydanda “Atletiko” ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlmişdi. Enfilddəki görüş isə bol qollu olub. Əsas vaxtı “Liverpul” 1:0 üstünüyü ilə bitən matçın əlavə vaxtında daha 4 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
Digər görüşdə isə Dortmund “Borussiya”sı PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi 2:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
11 mart
00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
Qollar: Neymar, 28, Bernat, 45+1
Qırmızı vərəqə: Əmrə Can, 89 (“Borussiya”)
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”
00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 2:3
Qollar: Veynaldum, 43 (1:0), Firmino, 94 (2:0), Llorente, 97 (2:1), 105+1 (2:2), Morato, 120+1 (2:3)
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
10 mart
00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) – 3:4
00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək