ATƏT PA-nın qış sessiyasında Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək

ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək.
Bunu olaraq Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində ATƏT PA-nın qış sessiyasında iştirak edəcək.
Sessiyada çox vacib məsələlər ətrafında müzakirələrin aparılacağını bildirən B.Muradova əlavə edib ki, qış sessiyasında ATƏT PA-nın illik sessiyasına hazırlıq, ATƏT regionu və dünyanı narahat edən məsələlər, sessiya çərçivəsində Parlament Assambleyasında qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət, həlli uzadılmış münaqişələr, münaqişənin aradan qaldırılmasında ATƏT mexanizmlərindən istifadə, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirəyə çıxarılacaq:
“Biz nümayəndə heyəti olaraq, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edəcəyik. ATƏT regionundakı mövcud vəziyyətlə bağlı fikirlərimizi səsləndirəcəyik. Həlli uzadılmış münaqişələr müzakirə olunan məsələlər arasında olduğundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda yeni mərhələnin və Ermənistanda seçkilərdən sonra yaranmış yeni mühitin vəd edəcəyi bəzi imkanlar, bu imkanların danışıqlar prosesinə göstərə biləcəyi təsir haqqında fikirlərimizi səsləndirəcəyik. Hesab edirəm ki, çox vacib və maraqlı bir sessiya olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub