At südü xərçəng riskini azaldır: Alimlərdən yeni kəşf
Son araşdırmalar at südünün bağırsaq sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Minval.info xəbər verir ki, alimlər at südünün xoralı kolitə qarşı qoruyucu təsirini araşdırıblar və nəticələr “Food & Function” jurnalında yayımlanıb.
Araşdırma çərçivəsində siçanlar üzərində aparılan təcrübələr, at südünün və onun tərkibindəki hüceyrələrarası vezikulların xəstəlik əlamətlərini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.
At südünün bağırsaqlarda iltihabı zəiflədərək selikli qişanın bərpasına kömək etdiyi və iltihab yaradan molekulların səviyyəsini azaltdığı məlum olub. Bununla yanaşı, bu məhsulun bağırsaq mikroflorasına da müsbət təsir etdiyi müəyyən edilib. At südü faydalı bakteriyaların sayını artırarkən, hüceyrələrarası vezikullar bağırsaqların qorunmasında və iltihabın azalmasında mühüm rol oynayan yağ turşusu istehsal edən mikroorqanizmlərin artmasına səbəb olub.
Alimlər hesab edir ki, at südü immun reaksiyanı tənzimləyərək, bağırsaq mikroflorasının balansını bərpa edərək və maddələr mübadiləsini yaxşılaşdıraraq orqanizmə müxtəlif istiqamətlərdə təsir göstərə bilər.
Xatırladaq ki, xoralı kolit xroniki iltihabi xəstəlikdir və kolorektal xərçəng riskini artırma potensialına malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı