ASCO: "Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq göndərilib"
Küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
“Minval.info” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Qeyd edək ki, mayın 6-sı axşam saatlarından mayın 8-i səhərədək Xəzər dəniz akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin sürəti 18-23 m\s, arabir 25-30 m\s, açıq dənizdə arabir 33 m\s-ə qədər güclənəcəyi gözlənilir.
Xəbrdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun: “Səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı