“Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı
Bizim ingilis xuliqanlarla, asayişi pozmağa çalışan azarkeşlərlə bağlı təlimlərimiz olur.
Bunu Oxu.Az-a UEFA Avropa Liqasının protokol təhlükəsizliyi üzrə Yerli Təşkilat Komitəsinin rəhbəri Cavid Məmmədli bildirib.
O, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda “Arsenal” və “Çelsi” fanatlarının xuliqanlıq edə biləcəyi ilə bağlı fikirləri yaxına buraxmayıb:
“Keçirdiyimiz təlimlərdə təhlükəsizlik məsələləri müzakirə edilir. Ona görə də düşünmürük ki, ingilis azarkeşlər oyun günü stadionda hansısa təxribata, qanunsuz əməllərə əl ata bilsinlər”.
O daha sonra “Arsenal” və “Çelsi” azarkeşlərinin toplaşma nöqtələrini açıqlayıb:
“Çelsi” azarkeşləri Sahil Parkında yığışacaqlar. “Arsenal” azarkeşlərini isə bir qədər aralıda tutacağıq. Onların toplanma yeri Qış Parkı olaraq nəzərdə tutulub. Məhz bu azarkeşlər orada bir araya gələrək stadiona gələcəklər”.
Qeyd edək ki, əksər ingilis azarkeşlərin Bakıya oyun günü – mayın 29-da gələcəyi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi