"Arsenal"ın 72 yaşlı azarkeşi: "Bakı gözlədiyimdən də gözəl və müasirdir"
“Uşaqlıqdan “Arsenal” azarkeşiyəm. Ev oyunlarının çoxunda iştirak edirəm. İndi isə final matçında komandama dəstək olmağa gəlmişəm”.
Bunu “Report”a açıqlamasında İngiltərənin “Çelsi” komandası ilə keçirəcəkləri Avropa Liqasının final oyununu izləmək üçün Bakıda olan “Arsenal”ın 72 yaşlı azarkeşi Tim Barri deyib.
Qocaman fanat sevimli komandasının avrokuboklardakı səfər qarşılaşmalarını da izləməyə çalışdığını bildirib: “Bacardığım qədər oyunlarda iştirak edirəm. 2006-cı ildə “Stad de France”də “topçular”ın İspaniya “Barselona”sı ilə keçirdiyi Çempionlar Liqasının finalına da canlı baxdığını xatırladıb: “Həmin vaxt “Arsenal” uduzmuşdu. Ümid edirəm ki, bu dəfə sevinən tərəf biz olacağıq”.
Barri Bakını gözlədiyindən daha yaxşı şəhər kimi dəyərləndirib: “Bura oğlumla birgə gəlmişəm, o da “Arsenal” azarkeşidir. London və Bakı arasındakı məsafə uzundur, səyahət yorucudur. Üstəlik, bura Almaniyadan gəldik. Hələ şəhəri gəzməyə çox da imkanım olmayıb, amma gördüklərimə əsasən deyə bilərəm ki, şəhər gözlədiyimdən daha gözəl və müasirdir”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi