Armen Qriqoryan: “Rusiyanın bizə silah vermədiyini unutmamışıq”
Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Minskdə Təhlükəsizlik Şurası katiblərinin Rusiya tərəfi ilə görüşündə bu məsələ müzakirə olunmayıb.
Armen Qriqoryanın fikrincə, bütün problemlərin həllinin tapılması üçün onlar açıq və sakit şəkildə tərəfdaşlarla müzakirə edilməlidir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Ümid edirik ki, qarşı tərəf də eyni bizim kimi düşünür”,-deyə Armen Qriqoryan qeyd edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtlı gənc maşında paçka-paçka pullarla "şou" göstərdi - VİDEO
“Rüsumların çox olması qaçaqmalçılığa şərait yaradır” - Səfər Mehdiyev
Bakı bulvarında özünü dənizə atan qadın belə xilas edildi - VİDEO
Azərbaycanda kişi müəmmalı şəkildə xəstəxanada ölüb
Xərçəngdən də ağır xəstəlik meydana çıxa bilər - Şok açıqlamalar
Rəşad Dağlı nə üçün üzr istədiyini açıqladı
Nazir bu rayonun DYP rəisini işdən azad etdi