Arda Turan "evinə" döndü
Türkiyənin “Qalatasaray” klubu keçmiş futbolçusu Arda Turanla anlaşıb.
Minval.info “Beinsports”a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu yetirməsi olduğu klubun formasını yenidən geyinəcək. Klub rəhbərliyi Türkiyə millisinin sabiq üzvünü yenidən heyətə cəlb edib. Arda klubda 66 nömrəli formanı geyinəcək.
Xəbərdə qeyd olunub ki, “Qalatasaray” Arda Turan ilə 1+1 illik müqavilə imzalayacaq. O, oynadığı matç sayına görə maaş alacaq.
Qeyd edək ki, karyerasında “Manisaspor”, “Qalatasaray”, “Atletiko” “Barselona” kimi klubların formasını geyinmiş Ardanın son klubu “Başakşəhər” olub. O yanvar ayından klubsuz qalıb və cari mövsümün 31 iyulunda azad agent statusu qazanıb. Arda üçün “Cim-bom” transfer məbləği ödəməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək