ARB-nin aparıcıları qadına şiddətə dəstək oldu - "Xəyanətkarların videosu yayılmalı, başları qırxılmalıdır" (Video)
ARB telekanalının “Səhər-səhər” verilişinin aparıcısı Gülər Nemət bir neçə gündür həyat yoldaşı tərəfindən başı qırxılan qadın haqda danışıb.
Minval.info xəbər verir ki, aparıcı verilişdə qadını xəyanət etməkdə qınayaraq, ona şiddət tətbiq olunmasını dəstəkləyib.
“Əslində yaxşı edib. Necə yəni? Bu uşaqlarını düşünməyib, başqa kişiylə gecə saatlarında danışıb. Ancaq bu kişi uşaqlarına görə qadının başını qırxmamalıdır? Qadın namusuna görə yaşamalıdır. Bunu düşünməlidir”, – deyə G.Nemət bildirib.
Verilişin digər aparıcısı Elgiz Əkbər də xəyanətkar qadınların üzə çıxarılmasının vacib olduğunu vurğulayıb: “Əvvəllər,qarşı olmuşam. Lakin indi deyirəm ki, onlar nümayiş olunmalı, üzləri göstərilməlidir. Abır-həyaları varsa belə etməzlər. Tərbiyəsizlər!
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
