“Apple” istifadəçiləri fişing hücumuna məruz qalıb
ESET antivirus şirkəti “Apple” avadanlığı istifadəçilərinin fərdi məlumatlarını, bank hesablarını ələ keçirmək üçün tərtib olunan dələduzluğu üzə çıxarıb.
“Report” şirkətin məlumatına istinadən xəbər verir ki, istifadəçi elektron ünvanını və parolunu daxil etdikdə “Apple İD” bağlantılı kartın bloklandığı barədə bildiriş görür. Daha sonra da ona məlumatlarını “təsdiqləmək”, yəni bütün fərdi məlumatlarını, bank kartı nömrəsini daxil etmək təklif olunur.
Şirkətin məlumatına görə, bu hücumun hədəfində olan “Apple İD”ə girişi yenicə bərpa etmiş istifadəçilər buna görə şübhələnmirlər. Şirkətin ekspertləri istifadəçilərə aldıqları məktubda göstərilən elektron ünvan, imza kimi məqamlara diqqət yetirməyi, hətta tanış şirkətdən gəldiyi bildirilən şübhəli linklərə keçməməyi, saytın URL ünvanını və SSL sertifikatını yoxlamağı, məktubdakı linkdə göstərildiyi şəkildə məlumatlarını daxil etməməyi, həmçinin daha etibarlı antivirus sistemindən yararlanmağı tövsiyə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq