“App Store”dən 180-dən artıq proqram silinəcək
Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək.
“Minval.info” report-a istinadən xəbər verir ki, şirkət elektron siqaret istehsalçılarına məxsus və veypları tənzimləyən əlavələri, elektron siqaret çəkməyin mədəniyyətinə dair xəbərləri, veypinqlə bağlı oyunları da siləcək.
Hələ iyun ayından şirkətin on-line platformasında elektron siqaret çəkməyi təbliğ edən əlavələrin yerləşdirilməsinə son verildiyi xatırlanır.
“App Store”un bundan sonra da istifadəçilər, xüsusilə gənclər üçün əlavə yüklənə bilən etibarlı platform olmasına ciddi nəzarət edirik. İstifadəçilərimizin sağlamlığına və rahatlığına riskləri aradan qaldırmaq üçün daim əlavələri qiymətləndirir, son məlumatları əsas götürürük”, – şirkətdən bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq