APOEL Tomas Dollu istefaya göndərdi
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.
Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Onun müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.
Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda “Olimpiakos”a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.
Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada “Qarabağ”la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. APOEL Kipr çempionatında isə 18 xalla 4-cüdür.
Xatırladaq ki, T.Doll bu ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək