Ansi Aqolli: "Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı"
“Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir”.
Bunu “Report”a açıqlamasında ABŞ-ın “Nyu-York Kosmos” klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.
Albaniyalı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: “Komanda “Vilyarreal” kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. “Makkabi” və “Sivasspor” da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. “Qarabağ” hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur”.
Ansi Aqolli “Qarabağ”ın formasını 2012 – 2017-ci illərdə geyinib.
Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Tel-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 2-ci turda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İspaniya “Vilyarreal”ına yenilib – 1:3. Qurban Qurbanovun başçılıq etdiyi komanda daha sonra Türkiyə “Sivasspor”u ilə bacarmayıb – 0:2.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağasəlim Mircavadov: "Lixtenşteynlə matçda oyun yox, qol problemi oldu"
Transfer rekordu qırılır - 227 milyon avro
"Roma"dan "Qalatasaray"a transfer
PSJ - "Başakşəhər" oyunu ertələndi - SON DURUM
“Barselona” Koutinyo üçün “Liverpul”a yeni təklif göndərəcək
"Real"ın ulduzundan biabırçı hərəkət - FOTO
Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!