Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb
Kibertəhlükəsizlik sahəsinin ekspertləri “Google Play” mağazasında təqdim olunan “CamScanner” əlavəsinin içində təhlükəli virus aşkar ediblər.
Bu barədə “Kasperski Laboratoriyası”nın saytında məlumat yayılıb.
Proqram PDF-faylların yaradılması və skanerdən çıxarılmış sənəddə mətnin oxunması üçün lazımdır. Məlumata əsasən, əlavə və onun növləri 100 milyon dəfədən çox yüklənilib.
Tədqiqatçılar istifadəçilərin şikayətlərindən sonra proqrama diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar “dropper virusu” aşkar ediblər. Virus yükləyici modulu işə salır və onun vasitəsilə cinayətkarlar istədiklərini qacetə yükləyə bilir.
Güman edilir ki, bu, reklam nümayişi və xüsusi abunəçilik, yaxud hesabların satışı vasitəsilə proqramı gəlir mənbəyinə çevirmək cəhdləri ilə bağlıdır.
Ekspertlərin xəbərdarlığından sonra “Google” şirkəti bu proqramı “market”dən silib.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq