21.08.2026 - 21:16
Maqazin 20 baxış

Ana-oğul rollarında 9 yaş fərqi qalmaqalı

Türkiyədə məşhur aktyor Burak Özçivitin baş rolda olduğu “Güneşin Doğduğu Yer” serialının çəkilişlərinə start verilib. Adanada lentə alınan bu ekran işində Burak Özçivit, Beyza Gümülcine, Sibel Taşçıoğlu, Devrim Yakut və Görkem Sevindik kimi tanınmış simalar iştirak edir.

Minval.info xəbər verir ki, serialda Burak Özçivit Kenan, Beyza Gümülcine isə Leyla obrazını canlandıracaq. Serialın maraqlı məqamlarından biri də Burak Özçivit və Sibel Taşçıoğlunun ana-oğul rolunda çıxış etməsidir. “Kızılcık Şerbeti” serialındakı Pembe obrazı ilə tanınan 50 yaşlı Sibel Taşçıoğlu, 41 yaşlı Özçivitin anasını canlandıracaq. İkilinin arasındakı 9 yaş fərqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Serialın sentyabr ayında ATV-də yayımlanması planlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: