İlon Mask ABŞ-dəki uşaqlara "SpaceX" səhmləri təklif edir
Dünyaca məşhur sahibkar İlon Mask, ABŞ-də yaşayan hər bir uşağın “SpaceX” şirkətinin iki səhminə sahib olacağını bəyan edib. Bu təşəbbüs, Maskın gələcək nəsillərə kosmik texnologiyalara marağı artırmaq və onları bu sahəyə cəlb etmək məqsədini daşıyır.
Minval.info xəbər verir ki, İlon Maskın bu addımı geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb. O, uşaq və gənclərin kosmos sənayesinə daha çox maraq göstərməsini istəyir və bu məqsədlə belə bir təşəbbüslə çıxış edib.
“SpaceX” şirkəti, kosmik texnologiyalar və aerokosmik sahədə dünya liderlərindən biri hesab olunur. Şirkətin səhmləri isə gələcəkdə daha da dəyər qazanacağı gözlənilir.
Ekspertlər bu addımın uşaqların maliyyə savadlılığını artırmaq və onları erkən yaşlardan iş dünyasına hazırlamaq baxımından əhəmiyyətli olduğunu bildirirlər. Eyni zamanda, bu, “SpaceX”-in növbəti nəsil investorları və istifadəçiləri üçün bir başlanğıc nöqtəsi ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ SpaceX-ə kosmosda 1 milyon peyk üçün icazə verdi
İsrail Qəzza üçün yeni hərbi əməliyyat təhdidini irəli sürdü
İsrailin yeni Qəzza əməliyyatı ilə bağlı təhdidləri artıb
Amerikalı model Coyote: Şükran Günü soykırımı təmsil edir
Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi
ABŞ-ın Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edildi