26.11.2026 - 11:24
ABŞ-ın Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edildi
Dünya 194 baxış

ABŞ-ın Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edildi

Baku.ws-ın məlumatına görə, ABŞ-ın Nyu-Cersi ştatında güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. Bu barədə ştatın qubernatoru Miki Şerrill sosial media hesabında açıqlama verib.

Qubernator bildirib ki, fövqəladə vəziyyət rejimi yerli vaxtla saat 18:00-dan etibarən qüvvəyə minəcək. Cümə gününədək güclü külək və intensiv yağışın gözlənildiyi qeyd olunub.

Sakinlər uzunmüddətli elektrik kəsintilərinə, nəqliyyat marşrutlarının dəyişdirilməsinə və yolların bağlanmasına hazır olmalıdırlar. Şerrill fırtınaya hazırlıq tədbirlərinin davam etdiyini, sahilyanı ərazilərə əlavə resursların cəlb olunduğunu vurğulayıb.

Bundan əlavə, avtomobil və dəmir yollarındakı vəziyyətin nəzarətdə saxlanıldığı, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hakimiyyət orqanları ilə koordinasiyalı iş aparıldığı bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: