Amerikalı israillilərin ən böyük təşkilatı azərbaycanlılara qarşı vəhşilikləri pislədi
Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.
Məlumata görə, açıqlamada Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib.
Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qarşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib.
Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq-mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Los-Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir.
Los-Ancelesdəki Baş Konsulluğumuzun bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Twitter" bir neçə İran KİV-nin hesabını əngəlləyib
Metroda insident: 2 lal-kardan cavab ala bilməyən sərnişin onları bıçaqladı
Ən çox işləyən ölkələrin reytinqi açıqlanıb - TOP-10
Fevralın 24-dən Ukraynadan Avropaya 7,97 milyondan çox qaçqın gedib
AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi FOTO
İrəvanda generalın oğlu və bir qrup etirazçı saxlanıldı - VİDEO