Almaniyada Ukrayna qaçqınları üçün qəbul məntəqələri fəaliyyətə başlayıb
Almaniyanın böyük şəhərlərində Ukraynadan gələn qaçqınların səyyar qəbul məntəqələri yaradılıb.
“Report”un Avropa bürosunun məlumatına görə, belə mərkəzlərdən biri ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Köln şəhərində, mərkəzi dəmiryolu vağzalının qarşısında fəaliyyətə başlayıb. Səyyar polis, miqrasiya və tibb mərkəzindən ibarət qəbul məntəqəsi gün ərzində minlərlə Ukrayna vətəndaşını qəbul edir.
Köln şəhər Polis Təşkilatının əməkdaşı “Report”a bildirib ki, səyyar qəbul məntəqəsinin dəmir yolu vağzalı qarşısında qurulmasının səbəbi Ukraynadan gələn qaçqınların vəziyyətindən yararlanmaq istəyən miqrant alverçilər və işbazların qarşısını almaqdır. Onlar yalan vədlərlə uşaqlı qadınları aldadıb, pullarını alıb, çarəsiz vəziyyətdə buraxırlar. Polis və yerli bələdiyyə bununla bağlı Rus, Ukrayna və İngilis dillərində məlumat lövhələri hazırlatdırıb, şəhərin müxtəlif yerlərində nümayiş etdirirlər.
“Malta Yardım Xidməti”nin əməkdaşı isə bildirib ki, qaçqınlar əvvəlcə polis məntəqəsinə yaxınlaşırlar. Onlar sistemdə qeydiyyatdan keçdikdən sonra miqrasiya idarəsindən şəxsiyyətlərini təsdiq edən sənədlə təmin edilirlər. Daha sonra qurulan çadırlarda həkim müayinəsindən keçib, vacib geyim və təmizlik ləvazimatları ilə təmin edilirlər.
Ukraynalı qaçqınların sonrakı marşrutu isə, onlar üçün ayrılmış yataqxanalardır.
“Caritas”yardım təşkilatından bildirilib ki, bəzi şəhərlərdəki yataqxanalar uzun müddətdir istifadə edilmədiyindən, Ukraynadan gələn qaçqınlar müvəqqəti olaraq otellərə yerləşdiriliblər. Bəzilərini isə, yerli əhali öz evlərinə qəbul edib.
Təşkilatdan bildirilib ki, öz evində Ukraynadan gələn qaçqınlara yer vermək istəyən şəxslərin sayı günü-gündən artır. Dövlətin isə, həmin ailələr üçün sosial yardım paketləri mövcuddur.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin məlumatına görə isə, Rusiya-Ukrayna müharibəsi başlayandan 3 milyona yaxın şəxs öz ölkəsini tərk etmək məcburiyyətində qalıb. Onlardan 400 minə yaxını Almaniyaya gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü