Almaniyada karantin rejimi uzadıldı: Yeni qadağalar açıqlandı
Almaniyada tətbiq olunan karantin rejimi 31 yanvara qədər uzadılıb.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel ilə əyalət baş nazirlərinin ötən gün keçirilən növbəti toplantısında qərar verilib. Ölkədə 31 yanvar tarixinədək qüvvədə olacaq məhdudiyyətlərə əlavə olaraq bəzi qərarlar da alınıb.
Son 7 gündə hər 100 min nəfərdə 200-dən çox koronavirusun aşkar edildiyi bölgələrdə insanlar yaşayış yerlərini 15 kilometrə qədər tərk edə bilərlər. İşə getmək və həkimə baş çəkmək kimi səbəblər məhdudiyyətlər sırasında yoxdur.
Epidemiyadan ən çox təsirlənən bütün qocalar evində xüsusi qoruma tədbirləri alınacaq. Mutasiya edilmiş və daha sürətli yayılan yeni COVID-19 növünün ötürmə zənciri daha yaxından izləniləcək. Məktəblər və uşaq bağçaları 31 yanvar tarixinə qədər bağlı qalacaq.
Almaniyaya risk bölgələrindən gələnlər üçün “2 test strategiyası” 11 yanvar tarixindən etibarən tətbiq ediləcək. Həmin qaydaya görə, COVID-19 testi ölkəyə girmədən əvvəl və ya 48 saat əvvəl verilməlidir. Sonra ölkəyə gələn şəxsin 10 günlük karantin müddəti başlamalıdır. 5 gündən sonra etdiyi COVID-19 testi mənfi olduqda, karantinə xitam verilə bilər.
Əsas ehtiyacların satıldığı mağaza və marketlərdən başqa bütün ticarət obyektləri bağlı qalacaq. Yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, apteklər, optiklər, banklar isə, açıq qalacaq. Gözəllik mərkəzləri, bərbərlər, masaj salonları bağlı qalacaq.
Restoranlara yalnız çatdırılma xidməti ilə işləməyinə icazə verilir. İctimai yerlərdə spirtli içki içmək qadağan olunur. Əyalət hökumətləri xəstələrin çox olduğu bölgələrdə əlavə tədbirlər ala bilərlər.
Kansler A.Merkel və əyalət baş nazirləri tədbirləri nəzərdən keçirmək üçün 25 yanvarda yenidən görüşəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ