Almaniyada imiqrantlara qarşı etiraz dalğası başlayıb - VİDEO
Almaniyanın Saksoniya əyalətinin Çemnitz bölgəsində alman vətəndaşının imiqrantlar tərəfindən öldürülməsindən sonra, etirazçılarla polis arasında şiddətli münaqişə baş verib.
Minval.info “sputniknews”a istinadən xəbər verir ki, avqustun 26-ı alman vətəndaşı Daniel Hiligin bir suriyalı və iraqlı tərəfindən bıçaqlandığına dair məlumat əldə edilib. Hadisədə daha 2 nəfərin yaralandığı bildirilib. Rusiya Səfirliyinin bildirdiyinə görə, yaralılardan biri M. Dimitri olduğu təsbit edilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Polis qandonduran ölüm hadisənin sözlü münaqişə nəticəsində baş verdiyini bildirib. İnsidentin səbəbinin hələ dəqiq olmasa da təqsirləndirilən iki şəxs polis tərəfindən saxlanılıb.
Küçələrdə iri miqyaslı etiraz
Bazar günü 800 nəfərlik kütlə toplanaraq şəhər mərkəzinə doğru irəliləyərək Karl Marks abidəsinin yanında cinayət qurbanları üçün toplanıb. Sağ meyilli etirazçılar tərəfindən “Xalq bizik” şüarları səslənib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Emil
Minval.İnfo
https://twitter.com/TheTocsin/status/1034123236630573058
https://twitter.com/KBSachsen/status/1034139733197242368
https://www.youtube.com/watch?v=WCS9y5KLUGE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
