Almaniya Bin Ladenin cangüdənini geri istəyir
Almaniya məhkəməsi Tunisə təhvil verilən “Əl-Qaidə” qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni Sami A-nın geri göndərilməsini tələb edən qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, Gelsenkirchen Məhkəməsi Sami.A-nın Tunisə verilməsini “hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirib və onun geri gətirilməsini tələb edib.
Tunis hökuməti Sami A-nın terrorçu olduğunu və onu geri verməyəcəklərini bəyan edib.
Qeyd edək ki, Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.
Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.
Həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı ictimaiyyətdən gizli saxlanılıb.
Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəmişdi. Uzun sürən məhkəmə araşdırmasından sonra Sami bu gün səhər Tunisə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə