Alman azarkeşlər finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.
Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi”yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub.
“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.
“Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 “Ayntraxt” fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb”, – deyə Feliks qeyd edib.
Avropa Liqasının finalında İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.
Sportal.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi